Polşada Ukrayna ilə əməkdaşlığın perspektivləri qiymətləndirildi

Polşada Ukrayna ilə əməkdaşlığın perspektivləri qiymətləndirildi
  17 İyul 2023    Oxunub:1161
“Ukrayna tərəfi polyakların qatillərini izzətləndirməkdə davam etdikcə Varşava ilə Kiyev arasında strateji tərəfdaşlıq mümkün deyil”.
Belə bir iddia ilə Polşa Seyminin keçmiş üzvü Mateuş Piskorski çıxış edib. “Volındakı soyqırımın ildönümündə birbaşa Kiyev rejiminə bəyan etmək olar və lazımdır: sən təksən”, - keçmiş parlamentari vurğulayıb.

Piskorskinin sözlərinə görə, Ukraynanın “anqlo-saksonların anti-Rusiya marionetləri rolunda” iştirak etdiyi hazırkı münaqişənin Polşa ilə heç bir əlaqəsi yoxdur: “Qəhrəmanlarınız Bandera və Şuxeviç olsa da, gəlin nəhayət ki, bir növ qardaşlıq və strateji tərəfdaşlıq haqqında bu axmaqlığı dayandıraq”.

AzVision.az


Teqlər:





Xəbər lenti