Avropa İttifaqı Türkiyənin quruma üzvlüklə bağlı qərarını gizlətmir

   Avropa İttifaqı Türkiyənin quruma üzvlüklə bağlı qərarını gizlətmir
  17 İyul 2023    Oxunub:1399
Avropa İttifaqı Türkiyənin üzvlük prosesinin irəliləməsi üçün heç bir addım atmağı planlaşdırmadığını gizlətmir, hazırda hər şey Ankaranın addımlarından asılıdır.
Bu barədə “Hürriyet” qəzeti məlumat yayıb. Məqalədə qeyd edilir ki, Türkiyə Aİ-yə üzvlüyün onun üçün strateji hədəf olduğunu bəyan etməyə davam etsə də, bu proses uzun illərdir ki, dalana dirənib, hətta danışıqlar faktiki olaraq dayanıb.

“Aİ indiki şəraitdə bu sahədə heç bir addım atmaq niyyətində deyil və bunu gizlətmir. Məhz Türkiyənin növbəti addımları Brüsseli irəliləyiş əldə etməyə sövq edə bilər”.

İddia olunur ki, Türkiyənin NATO-nun Vilnüs sammiti ərəfəsində verdiyi mesajlar Ankara ilə Avropa İttifaqı arasında uzun müddətdir ciddi dəyişiklik olmayan münasibətlərin canlanması ilə bağlı müzakirələri daha da gücləndirib.

“Bu müzakirənin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı ilk siqnallar cümə axşamı Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin görüşündə veriləcək”.

AzVision.az


Teqlər:





Xəbər lenti