Krım körpüsü 2 suüstü pilotsuz aparatla vurulub - VİDEO

Krım körpüsü  2 suüstü pilotsuz aparatla  vurulub  - VİDEO
  17 İyul 2023    Oxunub:1394
Krım körpüsünə hücumu Ukraynanın iki pilotsuz suüstü aparatı həyata keçirib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın Milli Antiterror Komitəsi məlumat yayıb.

Krım körpüsündə partlayış: Ölənlər var
Bildirilir ki, partlayışlar nəticəsində körpünün yol yatağı zədələnib.

Məlumatda o da qeyd olunub ki, hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsi (terror aktı) üzrə cinayət işi açılıb.

Xatırladaq ki, Krım körpüsündə partlayış baş verməsi barədə görüntülər yayılıb. Nəticədə azı iki nəfər ölüb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Krım   Partlayış  





Xəbər lenti