Dəqiqləşdirilmiş məlumatlara görə, bu, iyulun 11-dən Belarusa daxil olan muzdluların ən azı 3-cü böyük karvanıdır.
"Görünür, əvvəlki günlərdə olduğu kimi bu kalon da Tselya kəndindəki səhra düşərgəsində məskunlaşacaq", - nəşr yazıb.
|
| KQB polkovniki növbəti prezidentin adını açıqladı: "Putini Kremldə asacaqlar" - VİDEO |
Xatırladaq ki, "Vaqner"in ilk böyük hərbi kalonu iyunun 15-də Belarusa gəlib. Yayılan videoda Belarus yol polisinin müşayiəti ilə ən azı 60 avtomobil qeydə alınmışdı.
İyulun 16-da isə "Vaqner" daha bir avtomobil karvanının Belarusa getməsi barədə məlumatlar yayıldı. Avtomobillərin qonşu ölkəyə doğru istiqamət almasını əks etdirən görünütülər Rusiya Federasiyasının Lipetsk vilayətində qeydə alınıb.
Bundan başqa, Belarus Müdafiə Nazirliyi "Vaqner”in artıq yerli hərbçilərə təlim keçməsi barədə məlumat da yaymışdı.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


