Cəmşid Şarməhd edam oluna bilər
“Atamın mənimlə danışmasına qadağa qoyulmasından 2 il sonra danışmasına icazə verilməsi bizi narahat edir. Atamın İrandakı təcridxanadan qəfil telefon zəngi məni çox qorxutdu və məni narahat etdi ki, bu onun vida zəngi ola bilərmi? Zəng zamanı atamın səsi zəif idi. O, ağır xəstədir, min gündən artıqdır ki, təkadamlıq kamerada ağrı və dəhşətlə tək qalıb. Qorxuducu hal odur ki, bu telefon danışığı zamanı başa düşdüm ki, atam xarici aləmdən və 5 ay əvvəl elan edilmiş ölüm hökmündən xəbərsizdir” , - Ğəzzalə deyib.
Almaniya kansleri Olaf Şoltsa yazdığı məktubda, Gəzzalə oğurlanaraq ölüm hökmünə məhkum edildukdən sonra min gün təkadamlıq kamerada saxlanılan atasının taleyi barədə sərt sual verib.
- Onun xilası üçün nə edirsiniz? Üç illik girovluqdan və qaçılmaz ölüm hökmündən sonra “Almaniya hökuməti onun azadlığa buraxılmasını yox, sadəcə, onun barəsində yeni hökm verilməsini istəyir” ifadəsini eşidəndə atam məəttəl qalıb güldü. Sonra dedi ki, ümidim Avropa və Amerikayadır. Başqa heç kim mənim həyatımı xilas edə bilməz”, - həmin məktubda bildirilir.
Cəmşid Şarməhd 2002-ci ildən ABŞ-nin Los-Anceles şəhərində yaşayan İran-Almaniya ikili vətəndaşıdır. 2020-ci ilin avqustunda BƏƏ-yə səfəri zamanı Dubayda İranın təhlükəsizlik qüvvələri tərəfindən oğurlanaraq İrana aparılıb. 2022-ci ilin martında isə “yer üzündə fəsad törətmək” ittihamı əsasında Tehran İnqilab məhkəməsi onu “ölüm” cəzasına məhkum edib. İranın Ədliyyə sistemi isə bu ilin may ayında ölüm hökmünün Ali Məhkəmə tərəfindən təsdiqləndiyini açıqlayıb.
AzVision.az