Həşd əş-Şəbinin 30 üzvü Tehran universitetinin “tələbə”si oldu

Həşd əş-Şəbinin 30 üzvü Tehran universitetinin “tələbə”si oldu
  17 İyul 2023    Oxunub:926
Tehran universitetinin Həşd əş-Şəbi qüvvələrinin təmsilçilərini tələbə kimi qəbul etmək qərarının sərt tənqid olunmasına baxmayaraq, universitetin rəhbərliyi keçən həftəki çoxsaylı müraciətlər əsasında aparılan müsahibə nəticəsində onların arasından 30 ərizəçi seçilib.
AzVision.az xəbər verir ki, “yeni dövrdə universitetin cihadçı idarəçiliyi” adlandırdığı qərarı müdafiə edən Tehran universitetinin rektoru Məhəmməd Moqimi məlumat verib “tələbələri sıxışdırmaq üçün Həşd əş-Şabi qüvvələrinin istifadəsinə” dair xəbərləri “azğın və bəsit” adlandırıb.

“Onlar dostlarımızla akademik əməkdaşlığımızı dayandırmaq istəyirlər. Mən bu qruplaşmanın bütün üzvlərinin təmiz və pak insanlar olduğuna inanıram”, - Moqimi deyib.

Ötən günlərdə Tehran universiteti və Politexnik fakültəsinin bir qrup tələbəsi dövlət məmurlarının bu qərarını “universitetə qarşı plan” adlandıraraq, buna müqavimət göstərəcəklərini bildiriblər.

Tehran universitetinin rektoru Məhəmməd Moqimi daha əvvəl məcburi hicabla bağlı tələbələri “intizam cəzası” ilə hədələyərək, bir vaxtlar hakimyyətin də bu universitetdə nümayəndəliyin açılmasını tələb etmişdi.
AzVision.az


Teqlər: Tehran   Moqimi  





Xəbər lenti