Xəbərdarlıqlara qulaq asmayan Rəisi Çəmşir su bəndini açıb

Xəbərdarlıqlara qulaq asmayan Rəisi Çəmşir su bəndini açıb
  17 İyul 2023    Oxunub:911
Ətraf mühitin müdafiəsi təşkilatlarının və ekoloji fəalların xəbərdarlıqlarına rəğmən, İran pörezidenti İbrahim Rəisi iyulun 17-də Kohgiluyə və Boyer-Əhməd əyalətində Çəmşir bəndini açıb.
AzVision.az xəbər verir ki, Rəisinin sözlərinə görə, bu bəndin açılışı ilə minlərlə hektar kənd təsərrüfatı sahəsinin su təminatı ilə yanaşı, 170 meqavat elektrik enerjisi istehsal etmək nəzərdə tutulur.

Çəmşir bəndinin suyunun çəkilməsi xəbəri martın 13-də rəsmən açıqlanıb. Bir müddət əvvəl Ətraf Mühitin Mühafizəsi təşkilatının rəhbəri bu qurumun Çəmşir bəndinin suyunun çəkilməsi ilə bağlı etirazını yazılı şəkildə İbrahim Rəisiyə çatdırdığın və bu barədə qərar qəbul etmək məsuliyyətinin məhz prezidentin üzərinə düşdüyünü bildirmişdi.

Bir çox ekoloji ekspertlər və fəallar bu illər ərzində, xüsusən də son aylarda Kohgiluyə və Boyer-Əhməd əyalətlərində yerləşən Çəmşir bəndində suyun çəkilməsinin nəticələri barədə dəfələrlə xəbərdarlıq ediblər.

Bu məsələdə hökumətin siyasətinə əks mövqedə dayananlar bənddən suyun çəkilməsinin regionda kənd təsərrüfatı torpaqlarının şoranlaşmasına və Xuzistanın cənub-şərq hissəsində mikrotoz mərkəzlərinin yaranmasına səbəb ola biləcəyini iddia edirlər.

Əhvazın Çamran universitetinin akademik heyyətinin üzvü Heydər Zarei isə bu il yanvarın əvvəlində müəyyən mənada bəndin açılmasının labüd olduğunu açıqlayıb.

- Suyun boşaldılmasından əvvəl Çəmşir bəndinin tədqiqatlarını başa çatdırmaq olduqca vacibdir. Əgər Çəmşir bəndi Qutund bəndi kimi qurudulsa və biz cavab almasaq, geriyə yol yoxdur”, - Zarei bildirib.
AzVision.az


Teqlər: İran   Çəmşir  





Xəbər lenti