Rusiya: Krıma 28 PUA ilə hücum olub

   Rusiya:    Krıma 28 PUA ilə hücum olub
  18 İyul 2023    Oxunub:851
Rusiya hərbçiləri Krıma pilotsuz təyyarələrlə olan hücumun qarşısını alıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu gecə Kiyev rejiminin 28 pilotsuz uçuş aparatı ilə Krım yarımadasının ərazisindəki obyektlərə terror aktı törətmək cəhdinin qarşısı alınıb”, - Müdafiə Nazirliyinin məlumatında qeyd edilib.

Bildirilir ki, onlardan 17-si hava hücumundan müdafiə vasitələrinin köməyi ilə vurulub. 11 PUA isə REB-lər vasitəsilə sıradan çıxarılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Krım  





Xəbər lenti