İranda hicaba qarşı çıxan qadınlarla bağlı "statistika" oyunları
“Könüllü əhatə dairəsinə daxil olan qadınların 34,9%-i evdar qadınlar, 25,1%-i tələbələr, 19,3%-i fərdi sahibkarlar, 14,3% muzdlu işçilər, 4,1% işsiz, 1% müəllim, 0,8% professor, 0,4% qəbul imtahanlarından geri qalanlar, 0,1%-i isə təqaüdçü olub. Hicabsız qadınların 46,6%-i subay, 42,8%-i isə evli qadınlardır. Qadınların təxminən 70%-nin ərləri onların könüllü örtünmələri ilə razılaşır. Hicabsız qadınlar arasında 90-cı illərdə doğulanlar 39,2%-lə birinci yerdə, 80-ci illdərdə doğulanlar isə 30,7%-lə ikinci yerdədir. Hicaba qarşı olanlardan yalnız 19,9% qadın 2000-ci illərdə doğulan və 18-22 yaş arasında olan qadınlardır”, - Qədiri deyib.
Maraqlıdır ki, bir sıra siyasi və sosial ekspertlər ötən ilki ümummilli etirazları “səksəninci illərin hərəkatı” adlandırdılar, təhlükəsizlik qurumlarının bəzi rəsmiləri isə İranın bu gənclər arasında çoxlu tərəfdarlarının olmadığını təsdiqləyirlər.
AzVision.az