ABŞ səfirliyi: "Tibbi marixuana ilə Ermənistana getməyin"

   ABŞ səfirliyi:    "Tibbi marixuana ilə Ermənistana getməyin"
  18 İyul 2023    Oxunub:1103
ABŞ-ın Ermənistandakı səfirliyi həmvətənlərinə maraqlı çağırış edib.
AzVision.az xəbər verir ki, səfirlik ABŞ vətəndaşlarının nəzərinə çatdırıb ki, Ermənistanda tibbi marixuananın istifadəsi qadağan olunub. Bu səbəbdən ölkəyə marixuana gətirilərsə, bu amerikalılar üçün hüquqi problemlər yaradacaq.

"Tibbi marixuana, CBD (cannabidiol) və digər THC (tetrahidrokannabinol) məhsulları Ermənistan qanunları ilə qadağandır. Sərnişinlər adətən narkotik saxladıqlarına görə ölkəyə buraxılmır və ya hüquqi problemlərlə üzləşirlər", - səfirliyin sosial media hesabında yazılıb.

Diplomatik nümayəndəlik Ermənistana daxil olarkən yerli qanunlarla tanış olmağı tövsiyə edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ   Marixuana  





Xəbər lenti