Amerika Fars körfəzinə əlavə qırıcılar göndərir
Amerikanın hərbi müdafiə sahəsinin rəsmiləri də keçən həftənin sonunda bölgədə müəyyən sayda F-16 təyyarələrinin yerləşdiriləcəyini açıqladılar. Bununla yanaşı, təxminən iki həftədir ki, İranın fəaliyyətinə qarşı burada A-10 qırıcı təyyarələri bölgəyə yerləşdirilib.
İranın iyulun əvvəlində Hörmüz boğazı yaxınlığında iki neft tankerini ələ keçirmək və onlardan birini vurmaq cəhdindən sonra Vaşinqton Fars körfəzi regionuna yeni qırıcılar göndərmək qərarına gəlib. Amerika təyyarələri bu dəniz yolu ilə hərəkət edən ticarət gəmilərinin üzərindən uçmalı, onları qorumalı və bu gəmilərin İran tərəfindən ələ keçirilməsinin qarşısını almaq üçün bölgənin hərbi potensialını artırmalıdır.
ABŞ Hərbi Dəniz qüvvələrinin məlumatına görə, idarə olunan raket daşıyan “McFaul” esminesi İranın tankerləri ələ keçirməyə çalışdığı yerə çatanda İran gəmiləri iki mərhələdə geri çəkilmək məcburiyyətində qalıb.
Pentaqonun sözçüsü Sabrina Sinq bu esmineslərin və Amerika döyüş təyyarələrinin Fars körfəzi bölgəsində nə qədər qalacağının bəlli olmadığını söyləyib.
“İrandan gələn təhdidlərin davam etməsini, tərəfdaşlarımız və müttəfiqlərimizlə koordinasiyanı nəzərə alaraq, Pentaqon Hörmüz boğazında, habelə yaxınlıqdakı sularda mövcudluğumuzu və nəzarət səviyyəmizi artırmaq niyyətindədir”, - Sabrina Sinq deyib.
AzVision.az