`Digər N!DA-çılar da Bəxtiyardan nümunə götürməlidirlər`

`Digər N!DA-çılar da Bəxtiyardan nümunə götürməlidirlər`
  03 İyun 2014    Oxunub:1007
"Bəxtiyar Quliyev onların siyasi düşüncələrini bölüşəndə ağıllı, intellektli, inqilabçı biri idi, amma özünün fikirlərini dilə gətirəndə, dövlət başçısına müraciət edəndə düşüncəsiz, iradəsiz olur?”
Bu sözləri BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib. Onun fikrincə, sevindirci haldır ki, artıq bu gənclər öz səhvlərini başa düşürlər: "Radikal müxalifətin təsiri altında ölkədə hökümətə qarşı təxribat xarakterli işlərə təhrik olunan gənclərin gec də olsa səhvlərini başa düşmələri və yenidən normal şəkildə cəmiyyətdə yer tutmaq istəklərini dilə gətirmələrini düzgün hesab edirəm. N!DA üzvü Bəxtiyar Quliyevin prezident İlham Əliyevə ünvanladığı məktubda öz səhvini başa düşüdüyünü bildirməsini müsbət addım kimi qəbul edirəm. Digər Nida-çı gənclər də Bəxtiyar Quliyevdən nümunə götürməlidirlər. Gənclər fikirləşməlidirlər ki, özlərinə lider hesab etdikləri Əli Kərimli, İsa Qəmbər bu zaman ərzində bir dəfə də olsun, onları həbsxanada ziyarət etməyib. Bir ildə ziyarətə gəlməyənlər 7-8 ildə də gəlməyəcəklər. Necə ki, Ruslan Bəşirlinin həbs olunduğu 7 il ərzində Əli Kərimli onu ziyarət etməmişdi. Dağıdıcı inqilab uğrunda həbsə düşənlər bunu yaxşı düşünməli və səhvlərini etiraf etməklə azad olunmağa çalışmalıdırlar”.

BAXCP rəsmisi onu da qeyd edib ki, radikal müxalifət nümayəndələri Bəxtiyar Quliyevin bu etirafından sonra ona qarşı sosial medaiada, öz mətbu orqanlarında mənfi rəy, imic formalaşdırmağa çalışırlar: “Bu insanlar səhvini etiraf edən gəncin məcburiyyətdən belə addım atdığını söyləməkdən belə çəkinmirlər. Əli Kərimliyə yaxın insanların bu fikirləri əsassızdır”.


Teqlər:  





Xəbər lenti