İranda həbsdəki müəllimlərin azad olunması tələb edilir

İranda həbsdəki müəllimlərin azad olunması tələb edilir
  18 İyul 2023    Oxunub:890
“Həbsdə olan müəllimlərin azad edilməsi üçün 100 min imza kampaniyası”nın başlaması ilə bağlı təhsil işçilərinin kollektiv aksiyasından sonra 13 mindən çox işləyən və pensiyada olan müəllim və təhsil işçisi bu kampaniyaya qoşulublar.
AzVision.az bildirir ki, Tehran müəllimlər həmkarlar ittifaqları, mərkəzi əyalətlərin müəllimlər birlikləri, Şimali Xorasan, Kürdüstan, Şimali Xorasan və İslamşəhr müəllimlər birliyi də bu kampaniyanı dəstəkləyənlərin ön sıralarında gedirlər.

“Həbsdə olan müəllimlərin azad edilməsi üçün 100 min imza kampaniyası” nın təsisçiləri bunu “vətəndaş aksiyası” və həbsdə olan müəllimlərin azadlığa buraxılması üçün “minimum kiçik addım” adlandırırlar.

“Hökumətin təhsil işçilərinin tələbləri ilə qarşıdurması məcburiyyət və repressiya vasitələrindən istifadə xarakteri daşıyır. Bəzi müəllimlər işdən çıxarılma və azadlıqdan məhrumetmə ilə bağlı ağır cəzaların verilməsinə məruz qalıblar. İndi kiberməkanda “Həbsdə olan müəllimlərin azad edilməsi üçün yüz min imza kampaniyası”na başlamaqla, həbsdə olan müəllimlərin azad edilməsi, inzibati xətalarla bağlı məhkəmə və kollegiyalarda müəllimlərin işlərinə baxılmasına son qoyulması tələbini həyata keçirməyə çalışırıq”, - bəyanatda deyilir.

İranda müəllimlərə qarşı repressiya siyasətinin əsas komponentlərindən biri təhlükəsizlik orqanlarının məhkəmələrə və inzibati xətalarla bağlı kollegiyalara müəllimlərin əleyhinə işlər qaldırmaq, onları işdən azad etmək və məcburi qaydada təqaüdə çıxarmaq barədə əmrlər verməsidir.
AzVision.az






Teqlər: İran   müəllimlər  





Xəbər lenti