“Fars” agentliyi hicablı tələbələrə “xüsusi imkanlar” verilməsini istəyir

“Fars” agentliyi hicablı tələbələrə “xüsusi imkanlar” verilməsini istəyir
  18 İyul 2023    Oxunub:873
SEPAH-a yaxın olan Fars xəbər agentliyi “universitetlərdə başı örtülü tələbələr üçün xüsusi şərait yaradılmasını” təşəbbüsü ilə çıxış edib.
AzVision.az xəbər verir ki, bu media qurumu “hicaba riayət etməyin sadə, asan bir şey olmadığını” bildirərək belə təklif irəli sürüb.

“Hazırda cəmiyyətdə hicabın vəziyyəti o qədər də ürəkaçan deyil və hicaba riayət edən yeniyetmə və gənclərimizə belə səhnələri gördükdən sonra həvəsləndirici plan lazımdır. Biz uşaqlarımızı və yeniyetmələrimizi hicabdan əl çəkməməyə təşviq etməliyik” , - agentlik bildirib.

“Fars” agentliyi dövlət qurumlarının məcburi hicab tərəfdarlarına güclü dəstəyi fonunda nə üçün hicaba əməl etməyin “asan, sadə” olmadığına aydınlıq gətirməyib. Amma məcburi hicab həvəskarlarına “idman obyektləri və ya ziyarət və s.” üçün xüsusi endirimlərin verilməsini təklif edib.

İranda hakimiyyətə qarşı ən geniş yayılan “Qadın, Həyat, Azadlıq” aksiyalarına təkan verən Məhsa Əmininin “əxlaq patrulu” tərəfindən saxlanılarkən vəfatından sonra qadınların məcburi hicaba qarşı etiraz dalğası güclənməyə başlayıb.

Son aylarda İranın hakimiyyət orqanları qadınlara qarşı tez-tez hədə-qorxu gəlmək, ticarət və əyləncə mərkəzlərini möhürləmək, hicabsız qadınları dövlət xidmətlərindən məhrum etmək, həbslər kimi üsullar tətbiq etsə də, bütün bu cəza tədbirləri İran qadınlarının iradəsini sındıra bilməyib.
AzVision.az



Teqlər: İran   hicab  





Xəbər lenti