İran rəsmilərinin korrupsioner qohumlarını həbsxanadan buraxdılar

İran rəsmilərinin korrupsioner qohumlarını  həbsxanadan  buraxdılar
  18 İyul 2023    Oxunub:955
Korrupsiya əməllərinə görə mühakimə olunan iki məhbus – İranın keçmiş prezident Həsən Ruhaninin qardaşı Hüseyn Fridun və sabiq Kooperasiya, Əmək və Sosial rifah naziri Məhəmməd Şəriətmədarinin kürəkəni Məhəmmədhadi Rəzəvi azadlığa çıxıblar.
AzVision.az xəbər verir ki, İran məhkəmə hakimiyyətinin sözçüsü Məsud Setayişi keçirdiyi brifinqdə 72 milyard tümənin müsadirə edildiyi Hadi Rəzəvinin həbdən çıxmasına belə şərh verib.

“Hadi Rəzəvi 1999-cu ildən həbsdədir, 2021-ci ildə onun yenidən mühakiməsi qəbul edilib və hazırda qanuna uyğun olaraq azadlıqdadır”, - Setayişi bildirib.

Hadi Rəzəvi 2012-2015-ci illərdə rüşvət verərək müqabilində bank istiqrazı qoymadan ölkənin bank şəbəkəsindən təxminən 107 milyard tümən çıxardığına görə üçün mühakimə olunub.

Setayişi, habelə İranın keçmiş prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Fridunun isə səhhətində problemlərlə bağlı həbsxanadan buraxıldığını iddia edib.

“İyulun 13-də Cinayət Prosessual Məcəlləsinin 522-ci maddəsinə əsasən o, həbsxanadan kənara buraxılıb və müalicə olunur. Birinin problemi varsa, biz onu saxlaya bilmərik”, - Setayişi vurğulayıb.

Maraqlıdır ki, Setayişinin “xəstə birini saxlaya bilmərik” bəyanatı fonunda İranın məhkəmə orqanları minlərlə xəstə siyasi məhbusa tibbi xidmətə çıxış almasına imkan vermir.
AzVision.az




Teqlər: İran   korrupsiya  





Xəbər lenti