Avropa Parlamenti Lukaşenkonun həbsi üçün order istəyib

   Avropa Parlamenti Lukaşenkonun həbsi üçün order istəyib
  18 İyul 2023    Oxunub:937
Avropa Parlamentinin deputatları Beynəlxalq Cinayət Məhkəməsini Belarus prezidenti Aleksandr Lukaşenkonın həbsinə order verilməsi məsələsini nəzərdən keçirməyə çağırır.
AzVision.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin saytında qeyd edilib.

AP deputatları bildiriblər ki, Ukraynaya dəyən zərərə və törədilən cinayətlərə görə məsuliyyəti Belarus daşıyır. Xüsusilə, deputatlar uşaqların qanunsuz ixracında Belarus rejiminin rolundan danışırlar.

Qəbul edilmiş hesabatda onlar Aİ təsisatlarını və bloka üzv ölkələri bəşəriyyətə qarşı cinayətlərə və soyqırıma görə məsuliyyət daşıyan Belarus siyasi və hərbi liderlərinin cinayət təqibini təmin etmək üçün beynəlxalq səviyyədə bütün lazımi addımları atmağa çağırış ediblər.

“Beynəlxalq Cinayət Məhkəməsi artıq Rusiya prezidenti Vladimir Putin və Rusiyanın Uşaq Ombudsmanı Mariya Lvova-Belovanın həbsinə orderlər verdiyindən, Avropa Parlamenti deputatları qurumu Aleksandr Lukaşenkonun həbsi üçün oxşar orderi nəzərdən keçirməyə çağırıb. Həmçinin, Rada Aİ-nin sanksiyalarına məruz qalan belarus və rusların siyahısını genişləndirməlidir”, - bəyanatda deyilir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti