ATƏT-in baş katibi Mirzoyanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

ATƏT-in baş katibi Mirzoyanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
  18 İyul 2023    Oxunub:768
ATƏT-in baş katibi Helqa Şmid Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə edib.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı regional gündəliyin əsas məsələləri müzakirə edilib, mövcud çağırışlar qarşısında ATƏT-in fəaliyyəti və rolu ilə bağlı fikir mübadiləsi aparılıb.

A.Mirzoyan ATƏT-in baş katibini Cənubi Qafqazda təhlükəsizlik vəziyyəti, habelə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində son hadisələr barədə məlumatlandırıb.

AzVision.az



Teqlər: ATƏT  





Xəbər lenti