"Taxıl tədarükünün bərpası üçün hər şeyi edəcəyik” - Miller
Bundan əvvəl Zelenski bildirib ki, o, BMT-nin baş katibi Antoniu Quterreş və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana taxıl sazişinin və ya onun ekvivalentinin Rusiyanın iştirakı olmadan üçtərəfli formatda davam etdirilməsi təklifi ilə bağlı ismarışlar göndərib.
“Zelenski BMT-yə təklif göndərib, biz bunu ukraynalı həmkarlarımızla müzakirə edirik və taxıl tədarükünün bərpası məqsədilə həll yolu tapmaq üçün hər şeyi edəcəyik”, - Miller deyib.
AzVision.az
Teqlər: