Çin Rusiyaya mərmi verir – Fotofakt

   Çin Rusiyaya mərmi verir –    Fotofakt
  18 İyul 2023    Oxunub:2520
Əks-hücum zamanı Ukrayna Silahlı Qüvvələrinin ələ keçirdiyi qənimətlərin arasında düşmən mövqelərində aşkar olunan Çin (!) istehsalı (Д-20 top-haubitsaları üçün) 152 mm-lik artilleriya mərmiləri də var. Bu fakt qlobal sanksiyalarla üzləşən Rusiyanın Çinlə hərbi əməkdaşlığının bilavasitə sübutu sayıla bilər.
ABŞ və Böyük Britaniya kəşfiyyatının məlumatlarına əsasən, Rusiya ordusu tükənməkdə olan artilleriya arsenalını Xəzər vasitəsi ilə İrandan, dəmir yolu ilə isə Şimali Koreya və Çindən bərpa edir. Tədarük məxfi rejimdə aparılsa da, döyüş meydanında aşkarlanan sursatlar gizli əməkdaşlığı aşkara çıxarır...

Hans Kloss
AzVision.az üçün




Teqlər: Hərb   Silah   Çin  





Xəbər lenti