Bayden Papanın Ukrayna üzrə nümayəndəsi ilə görüşüb

Bayden Papanın Ukrayna üzrə nümayəndəsi ilə görüşüb
  19 İyul 2023    Oxunub:861
ABŞ prezidenti Co Bayden Vaşinqtonda Roma Papası I Fransiskin Ukrayna münaqişəsinin həlli üzrə nümayəndəsi kardinal Matteo Zuppi ilə görüşüb.
Bu barədə AzVision.az Ağ Evin mətbuat xidmətinə istinadən xəbər verir.

Mövcud rəsmi məlumata görə, görüş zamanı tərəflər Ukraynaya humanitar yardımın göstərilməsini müzakirə ediblər. Bayden və kardinal Zuppi ukraynalı uşaqların deportasiyası məsələsini də qaldırıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti