ABŞ Ukrayna ilə “Taxıl sazişi”ni müzakirə edir

ABŞ Ukrayna ilə “Taxıl sazişi”ni müzakirə edir
  19 İyul 2023    Oxunub:916
ABŞ Kiyev hakimiyyəti ilə Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya Federasiyasının iştirakı olmadan “Taxıl sazişi”nin uzadılması təklifini müzakirə edir.
Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib. “Prezident Zelenski BMT-yə təklif göndərib, biz bunu ukraynalı həmkarlarımızla müzakirə edirik və Ukraynaya taxıl tədarükünü bərpa etmək üçün həll yolu tapmaqda kömək etmək üçün hər şeyi edəcəyik”, - Miller deyib.

O vurğulayıb ki, Amerika tərəfi müttəfiqləri ilə, o cümlədən Avropa İttifaqından olanlarla Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı digər ideyaları müzakirə edir, lakin bütün alternativ variantlar idealdan uzaqdır.


AzVision.az


Teqlər:





Xəbər lenti