Avropanın XİN rəhbərləri toplaşır: Ankara ilə münasibətlər gündəmdə

   Avropanın XİN rəhbərləri toplaşır:    Ankara ilə münasibətlər gündəmdə
  19 İyul 2023    Oxunub:872
Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri iyulun 20-də görüşəcəklər.
Brüsseldə keçiriləcək nazirlərin görüşündə gündəmdəki digər mühüm məsələlərlə yanaşı, Türkiyə ilə Avropa İttifaqı arasında münasibətlər də müzakirə olunacaq. Aİ-də adının çəkilməsini istəməyən yüksək rütbəli məmur Anadolu-ya bildirib ki, Türkiyə ilə münasibətlər Avropa İttifaqı üçün ən vacib məsələlərdən biri olaraq qalır.

Onun sözlərinə görə, Türkiyənin Aİ-yə daxil olması prosesinin müvəqqəti olaraq dayandırılmasına baxmayaraq, o, hələ də namizəd ölkədir.

Mənbə xatırladıb ki, Aİ-nin son sammitində ölkə liderləri Avropa diplomatiyasının rəhbəri Cozep Borreldən Türkiyə ilə bağlı hesabat hazırlamağı xahiş ediblər. Cümə axşamı günü keçiriləcək iclasda hesabatla bağlı ilkin fikir mübadiləsi aparılacaq.


AzVision.az


Teqlər:



Xəbər lenti