Dəməşqin Tehrana olan borcunu ödəməsinə Vaşinqton “icazə verdi”

Dəməşqin Tehrana olan borcunu ödəməsinə Vaşinqton “icazə verdi”
  19 İyul 2023    Oxunub:741
ABŞ-nin Dövlət katibi Entoni Blinken elektrik enerjisi istehlakına görə İraqın İrana olan borcunu ödəməyə imkan verən “icazə” sənədi imzalayıb.
AzVision.az xəbər verir ki, Reuters agentliyinin amerikalı rəsmiyə istinadən yaydığı məlumatda ABŞ-nin 120 günlük güzəştin İranın borcunu ödəmək üçün İraqa təzyiqini azaldacağına ümid etdiyi bildirilir.

Beləliklə, İran əvvəllər yalnız İraqda məhdud hesablarda saxlanıla bilən pullara çıxış alır.
İlk dəfədir ki, ABŞ belə pulların İraq banklarından başqa banklardakı hesablara köçürülməsinə icazə verir. Müharibə, korrupsiya və yanlış idarəçilik səbəbindən bir neçə onilliklər ərzində elektrik enerjisi çatışmazlığı ilə üzləşən İraq, elektrik enerjisinə olan tələbatını ödəmək üçün əsasən İrandan qaz idxalına arxalanır.

Xüsusilə İraqda temperaturun 50 dərəcə Selsidən yuxarı qalxdığı və ölkənin enerji istehlakının artdığı yay aylarında İrandan elektrik enerjisi idxalı daha da həyati əhəmiyyət kəsb edir.
İraqın baş naziri Məhəmməd Şia əs-Sudani bir həftə əvvəl 11-də ABŞ-ın İrana pul köçürməsinə tətbiq etdiyi məhdudiyyətlər səbəbindən Dəməşqin Tehrana 11 milyard dollar borcunu ödəyə bilməyəcəyini açıqlamışdı.
AzVision.az



Teqlər: İraq   İran  





Xəbər lenti