Rişi Sunakın reytinqi 25 faizə endi

Rişi Sunakın reytinqi 25 faizə endi
  19 İyul 2023    Oxunub:775
Böyük Britaniyanın Baş naziri Rişi Sunakın reytinqi 25 faiz təşkil edərək rekord həddə enib.
AzVision.az Sky News telekanalına istinadla xəbər verir ki, bu, iyun ayına nisbətən 6 faiz bəndi aşağıdır. Baş nazirin reytinq göstəriciləri YouGov araşdırma şirkətinin keçirdiyi sorğunun nəticələrinə əsaslanır.

Respondentlərin 65 faizi Rişi Sunakın fəaliyyətindən narazı qaldığını bildirib. Mühafizəkarlar partiyasının tərəfdarlar arasında onun fəaliyyətini bəyənənlərin sayı 47 faiz, əksini düşünənlər isə 45 faiz təşkil edib. İyun ayında bu göstəricilər müvafiq olaraq 51 faiz və 40 faiz idi.

Son sorğu iyulun 13-14-də 2151 Britaniya vətəndaşı arasında keçirilib.

Xatırladaq ki, Rişi Sunak Böyük Britaniyanın Baş naziri vəzifəsinin icrasına 2022-ci il oktyabr ayının sonunda başlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti