Qalibaf: “İdeal vəziyyətə qayıtmaq daha çətin olacaq”
Qalibaf məcburi hicab siyasətinin daha sərt şəkildə həyata keçirilməsi üçün hazırlanmış “iffət və hicab” qanun layihəsini müdafiə etsə də, bu layihənin “tələsik və vaxtından əvvəl” təsdiq olunmasına qarşı çıxıb.
“Əgər bu qanun layihəsi dərhal səsə qoyulsaydı, fövqəladə vəziyyətin təsdiqlənməsindən 72 saat sonra o, məhkəməyə gəlməli idi. Səkkiz saat ərzində nümayəndələr öz təkliflərini verməli idilər ki, onda da bu iş tələsik və vaxtından əvvəl aparılardı. Bir tərəfdən isə hesab edirik ki, bu vaxt apararsa və norma pozuntuları davam edərsə, arzu edilən vəziyyətə qayıtmaq daha çətin olacaq. Ona görə də vaxt bizim üçün vacib idi və biz bunu dərhal təsdiqlədik”, - Qalibaf deyib.
Qeyd edək ki, ötən ayın ortalarında İslam Şurasında “Hicab və iffət mədəniyyətinin dəstəklənməsi” adlı fövqəladə qanun layihəsi təsdiqlənib.
Lakin bir gün sonra parlamentin Mədəniyyət komissiyasının üzvü Hüseyn Cəlali “İran Watch” saytına bu qanun layihəsinin fövqəladə təsdiqindən sonra məhkəmə komissiyasının ona “bir ay” ərzində baxacağını deyib. Lakin təkliflərin sayı çox olduğundan, yekun təsdiqi üçün bu parlamentin ömrü çatmaya da bilər.
Digər tərəfdən isə, Qalibaf bu qanun layihəsini təsdiqləməkdə gecikdiyi üçün parlamenti ittiham edən hökumətin sərt qüvvələrinə cavab olaraq layihənin iki ay ərzində təsdiqlənəcəyi vədini verib.
AzVision.az