Şəxsiyyət vəsiqəsinin rüsumu artırıldı - SİYAHI

Şəxsiyyət vəsiqəsinin rüsumu artırıldı - SİYAHI
  04 İyun 2014    Oxunub:1647
Qanun 2015-ci il dekabrın 1-dən qüvvəyə minəcək
Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. AzVision.az xəbər verir ki, sənədə əsasən, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi maksimim 10, minimum 1 gündə həyata keçiriləcək.

Bundan başqa, şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə rüsumlar artırılıb.

Beləliklə, şəxsiyyət vəsiqəsi on gün müddətində verildikdə və ya dəyişdirildikdə 5 manat (hazırda üç iş günündən sonrakı müddətdə verilməsi və ya dəyişdirildirilməsi üçün rüsum 1 manatdır), üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 25 manat (hazırda bu məbləğ 10 manatdır), bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 35 manat (hazırda bir günə şəxsiyyət vəsiqəsi verilmir) rüsum nəzərdə tutulur.

Qanun 2015-ci il dekabrın 1-dən qüvvəyə minəcək. Yəni o vaxta qədər əhali şəxsiyyət vəsiqələrinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişi köhnə rüsumlarla həyata keçirəcək.


Teqlər:  





Xəbər lenti