Rusiya bu şərtlə “Taxıl sazişi”nə qayıda bilər

Rusiya bu şərtlə “Taxıl sazişi”nə qayıda bilər
  19 İyul 2023    Oxunub:1029
“Əgər bütün şərtlər yerinə yetirilərsə, dərhal razılaşmaya qayıdacayıq”.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putin Moskvada hökumət rəsmiləri ilə keçirdiyi görüşündə deyib.

Putin “Taxıl sazişi”nin başlanğıcda humanitar əhəmiyyət daşıdığını, lakin Qərb ölkələrinin bu elementi tamamilə məhv etdiyini qeyd edib:

"Rusiyanın razılaşmaya qayıtmasının əsas şərti müqavilənin humanitar mahiyyətinin bərpasıdır. Əgər daha əvvəl razılaşdığımız bütün bu şərtlər yerinə yetirilsə və qarşılansa, dərhal razılaşmaya qayıdacayıq”.
Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Qara dəniz razılaşmalarının faktiki olaraq qüvvədən düşdüyünü bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti