Makron iyulun 20-də hökumətdə dəyişiklik edəcək

Makron iyulun 20-də hökumətdə dəyişiklik edəcək
  19 İyul 2023    Oxunub:953
Fransa prezidenti Emmanuel Makron iyulun 20-də Fransa hökumətində dəyişiklik edəcək.
Bu barədə Frans-Pres (AFP) dövlət başçısına yaxın mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Nazirlər Kabinetinin tərkibində dəyişikliklər cümə axşamı günü açıqlanacaq. Baş nazir Elizabet Born prezidentlə qarşıdan gələn dəyişiklikləri müzakirə etmək üçün Yelisey Sarayına gəlib.

BFMTV-nin iyulun 17-də verdiyi məlumata görə, Born hökumət başçısı postunu qoruyub saxlayacaq.


Teqlər:





Xəbər lenti