Ermənistan Müdafiə Nazirliyinə əlavə 17 milyon dollar ayrıldı

 Ermənistan Müdafiə Nazirliyinə əlavə    17 milyon dollar ayrıldı
  20 İyul 2023    Oxunub:1006
Ermənistan Müdafiə Nazirliyinə əlavə olaraq 6,7 milyard dram (17 milyon dollardan çox-red.) ayrılacaq.
AzVision.az xəbər verir ki, bu barədə qərar cümə axşamı hökumətin iclasında qəbul edilib.

Sənəddə qeyd edilir ki, nazirliyin prioritet xarakter daşıyan gözlənilməz xərcləri olub.

Xatırladaq ki, Ermənistan ordusunun 2023-cü il üçün nəzərdə tutulmuş büdcəsi 506 milyard dram (təxminən 1,31 milyard dollar-red) olub. Bu, 2022-ci illə müqayisədə 35% çoxdur.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti