Əlirzabeygi: “əxlaq patrulu”nuiİmpiçmentdən qaçmağa çalışan DİN rəhbəri təklif edib

 Əlirzabeygi:  “əxlaq patrulu”nuiİmpiçmentdən qaçmağa çalışan DİN rəhbəri təklif edib
  20 İyul 2023    Oxunub:1174
“Əxlaq patrulu”nun İran küçələrinə qayıtması daxili işlər nazirinin impiçmenti ilə əlaqəsiz deyil. 13-cü hökumətin bu məmuru impiçmentdən yayınmaq üçün hicab sahəsində özünü “fəal göstərir”. Təbrizin İslam Şurasındakı nümayəndəsi Əhməd Əlirzabeygi “Khabaronline” saytına verdiyi müsahibədə bu fikri səsləndirib.
AzVision.az xəbər verir ki, Əhməd Əlirzabeygi Daxili İşlər nazirinin parlament qarşısında “əxlaq” patrulu məsələsini məqsədyönlü şəkildə qaldırdığını bildirirb. Onun məqsədi parlamenti tövsiyə və sərəncamlarla qarşı-qarşıya qoymaqla nümayəndələrə indi impiçmentin vaxtı olmadığı fikrini aşılamaqdır.

“İşin zahiri elə göstərilir ki, məsələn, indiki şəraitdə bizim prioritetimiz hicabdır, amma bu prioritet xalqın prioritetinə uyğun gəlmir. Çünki insanların prioriteti onların yaşayış şəraiti, yemək, geyim, mənzil və sairdir. İran rəsmisinin “hicab” və “əxlaq patrulu” məsələsindən sui-istifadə etməsi ilk dəfə deyil. Mahmud Əhmədinejadın prezidentliyi dövründə o vaxt polis qüvvələrinin komandiri “rəhbər patrulun arxasında gizlənirdi və səmada (red. - təyyarədə) Xarici İşlər nazirini dəyişən prezident polis qüvvələrinin komandirini dəyişə bilmədi”, - Əlirzabeygi deyib.

SEPAH-a yaxın olan “Təsnim” agentliyi hökumətdəki bəzi şəxslərin çağırışından bir müddət sonra İbrahim Rəisinin əmri ilə bu patrulların yenidən fəaliyyətə başlaması barədə xəbər yayıb.
Məhsa Əminin ölümünün ildönümünə iki ay qaldığı bir vaxtda şəhərlərin müxtəlif ərazilərində qadınlarla məşğul olmaq üçün avtomobil və piyada “əxlaq patrulları”nın yerləşdirilməsi həyata keçirilib. Bu isə məhz “əxlaq patrulu”nun qeyri-insani davraışı nəticəsində dünyasını dəyişən Məhsa Əmininin xatirəsini təhqir etmək anlamına gəlir.
AzVision.az


Teqlər: İran   Əlirzabeygi  





Xəbər lenti