Rusiyada MSK işçilərinə iPhone qadağası

Rusiyada MSK işçilərinə iPhone qadağası
  20 İyul 2023    Oxunub:836
Rusiya Mərkəzi Seçki Komissiyası (MSK)işçilərinə maraqlı bir qadağa tətbiq etməyi planlaşdırır.
Rusiya MSK-nın mətbuat xidmətinin yaydığı məlumata görə, işçilər iPhone və iPad-dən rəsmi məqsədlər üçün istifadə etməyəcəklər.

“Hazırda Rusiya MSK sədrinin iPhone və iPad-dən rəsmi məqsədlər üçün istifadəsinə qadağa qoyulması ilə bağlı sərəncamı hazırlanır”, - Mərkəzi Seçki Komissiyasından bildiriblər.

Xatırladaq ki, hələ 2023-cü ilin may ayında MSK-nın rəhbəri Ella Pamfilova işçilərə Apple texnologiyasından istifadəni dayandırmağı tövsiyə etmişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti