Zaxarova: "Bayramovla Mirzoyanın görüşü üçün əla şans yaranıb"

    Zaxarova:    "Bayramovla Mirzoyanın görüşü üçün əla şans yaranıb"
  20 İyul 2023    Oxunub:1003
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycan və Ermənistan XİN rəhbərlərlərinin görüş rhtimalını qiymətləndirib.
O, keçirdiyi brifinq zamanı Moskvada yeni görüşün keçirilməsi ilə bağlı əla şansların olduğunu vurğulayıb.

"Çox yaxşı şanslar yaranıb. Belə bir görüş üzərində işləyən ekspertlərdən tarixlər üzrə konkret faktura əldə etdikdən sonra biz bunu mütləq paylaşacağıq", - Zaxarova bildirib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Zaxarova  





Xəbər lenti