Oman XİN-nin rəhbəri İranın nüvə problemi ilə bağlı Tehrana gəlib

Oman XİN-nin rəhbəri İranın nüvə problemi ilə bağlı Tehrana gəlib
  20 İyul 2023    Oxunub:947
Oman Xarici İşlər nazirinin Tehrana son səfərinin məqsədlərindən biri JCPOA (İranın nüvə problemi üzrə 5+1 formatı) və Oman tərəfinin bununla bağlı “təşəbbüslərini” müzakirə etmək olub.
AzVision.az xəbər verir ki, İranın Xarici Şşlər naziri Hüseyn Əmir Abdullahiyan belə bəyanatla çıxış edib.

“Oman bütün tərəfləri JCPOA-dakı öhdəliklərinə qaytarmaq məqsədi ilə fikirləri yaxınlaşdırmağa çalışır. Oman JCPOA ilə bağlı təşəbbüslər irəli sürüb, onlar müzakirə və mübadilə edilib”, - Abdullahiyan deyib.

Bir neçə gün əvvəl Omanın Xarici İşlər naziri Bədr bin Həməd əl-Busaidi elan edilmədən Tehrana gedib və bu, İran mediasında JCPOA-nın canlandırılması üçün danışıqların taleyi ilə bağlı fərziyyələr doğurub. Bu fonda İranın azad bazarında dolların qiyməti də 48 min tümənə qədər azalıb ki, müxtəlif media resursları, o cümlədən də “Etemad Online”, bunu Omanın yüksək səviyyəli diplomatının Tehrana səfəri ilə əlaqələndirib.

Qeyd edək ki, Oman JCPOA-nı canlandırmağa çalışan İran və ABŞ arasında nüvə danışıqlarında əsas vasitəçilərdən biridir. Keçən ay Axios internet saytı İran və Amerika rəsmilərinın Omanda dolayı danışıqlar apardıqları, omanlıların isə ayrı-ayrı otaqlarda olan İran və ABŞ təmsilçilərinə mesajlar ötürüdükləri barədə xəbərlər dərc etmişdi.
AzVision.az


Teqlər: Oman   İran  





Xəbər lenti