İshaq Hersoq: İranın nüvə proqramı dünyaya böyük təhdiddir
“İran bütün Yaxın Şərqdə və onun hüdudlarından kənarda, o cümlədən Ukraynada nifrət, terror və əzab yaymaqdadır. İsrailin İran xalqı ilə heç bir münaqişəsi yoxdur. Bununla belə, bütün Yaxın Şərqdə İran rejimi vəkil qrupları ilə birlikdə İsrail ölkəsini məhv etməyə çalışıb. İranın nüvə silahı yaratmaq qabiliyyətinə nail olmasına icazə verilməsi qəbuledilməzdir və dünya İran rejiminin İsraili dünya xəritəsindən silmək çağırışına biganə qala bilməz. İsrail və ABŞ İranın beynəlxalq təhlükəsizliyə qarşı fundamental təhdidlərinin qarşısını almaq üçün qətiyyətlə hərəkət etməlidir”, - Hersoq deyib.
Qeyd edək ki, İsrail daim nüvə silahına yiyələnməyə cəhd göstərən İranın onun məhvinə çalışmaqda ittiham edir. Öz nüvə proqramının dinc məqsədlər güddüyünü bildirən Tehran isə nüvə silahı yaratmaq barədə ittihamları rədd edir.
Bir neçə gün əvvəl israilli həmkarı ilə görüşdə ABŞ prezidenti Co Bayden də Amerikanın İsrailə bağlılığının güclü və ABŞ-İsrail dostluğunun “sarsılmaz” olduğunu bildirib.
AzVision.az