İslandiya Rusiyadakı səfirliyinin fəaliyyətini dayandırır

   İslandiya Rusiyadakı səfirliyinin fəaliyyətini dayandırır
  20 İyul 2023    Oxunub:799
İslandiyanın Rusiyadakı səfirliyi avqustun 1-dən fəaliyyətini dayandırır. Bu barədə ölkənin Rusiyadakı müvəqqəti işlər vəkili Maqnus Hanesson Rusiya Xarici İşlər Nazirliyinə məlumat verib.
Bildirilir ki, Hannesson öz funksiyalarını Reykyavikdən yerinə yetirməyə davam edəcək.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, İslandiyanın Rusiya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq qərarı Rusiya-İslandiya əməkdaşlığının bütün kompleksini məhv edir.

İyunun 9-da İslandiya hökumətinin saytı xəbər yayıb ki, İslandiya Rusiyadan Reykyavikdəki səfirliyin fəaliyyətini məhdudlaşdırmağı və diplomatik missiyanın səviyyəsini aşağı salmağı tələb edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti