Rusiya Federal Məclisindən İrəvana xəbərdarlıq

   Rusiya Federal Məclisindən    İrəvana xəbərdarlıq
  21 İyul 2023    Oxunub:1067
Ermənistan parlamenti ölkənin Roma statuna qoşulmasının nəticələrini araşdırmalı və Rusiya Federasiyası ilə müttəfiqlik münasibətləri üçün riskləri qiymətləndirməlidir.
AzVision.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurası sədrinin müavini, parlamentlərarası əməkdaşlıq komissiyasının həmsədri Yuri Vorobyov deyib.

"Anladığımız qədəri ilə bu o deməkdir ki, Ermənistan atdığı addımla Haaqa Tribunalının yurisdiksiyasını tanıyır. Biz ondan çıxış edirək deyirik ki, erməni həmkarlarımızın bu addımı anti-Rusiya kontekstinə malik deyil. Lakin buna baxmayaraq, praktikada bu, Rusiya-Ermənistan münasibətlərinə ciddi ziyan vurur. Bir daha müttəfiqlərimizi Roma statuna qoşulmağın mümkün nəticələrini diqqətlə araşdırmağa və Rusiya ilə müttəfiqlik münasibətlərini qiymətləndirməyə çağırırıq”, - Vorobyov deyib.

İrəvandan Putinə xəbərdarlıq: "Sizi həbs edəcəyik!"
Onun sözlərinə görə, hazırda Rusiya və Ermənistanın xarici işlər nazirlikləri arasında mövzuya dair dialoq aparılır.

Xatırladaq ki, martın 24-də Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsi (BCM) haqqında Roma Statutunda təsbit olunmuş öhdəlikləri konstitusiyaya uyğun hesab edib. Saziş Ermənistan parlamenti tərəfindən ratifikasiya edilməlidir.

Bundan əvvəl Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbs edilməsi barədə order çıxarıb. BCM-nin sənədinə əsasən, Putin məhkəmənin qərarını tanıyan ölkələrin ərazisində olan zaman həbs olunmalıdır. Rəsmi Moskva BCM-nin məlum addımını tanımadığını, bu sənədin Rusiya Federasiyası üçün əhəmiyyətsiz olduğunu açıqlayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Rusiya  





Xəbər lenti