İran psixiatrları məhkəmələrin hökmlərinə qarşı çıxırlar
“Digər xəstəliklərin diaqnozu, həkimlərin səlahiyyətində olduğu kimi, psixi pozğunluqların diaqnozu hakimin deyil, psixiatrın səlahiyyətindədir. Qətnamə mətnində antisosial şəxsiyyət adlı xəstəliyin diaqnozu üçün arqument kimi deyilənlər mütənasib, məntiqli və inandırıcı deyil. İnsanların davranışlarını psixiatrik diaqnozlarla damğalamaqdan çəkinməlisiniz. Məhkəmə sistemində psixiatriya və psixologiyadan sui-istifadə edilir. Məqsəd bir neçə aktyoru qurban verməklə başqalarını qorxutmaqdır? Heç bir cəmiyyət qadınları və sənətçiləri alçaltmaqla islah olunmayıb, dəyişdirilməyib”, - məktubda deyilir.
Məktubu İran Psixiatrları elmi assosiasiyasının prezidenti Məcid Sadiqi, İran Psixoterapiya elmi assosiasiyasının prezidenti Behruz Dulteşahi, İran Psixosomatik tibb-elmi assosiasiyasının prezidenti Əhməd Əli Nurbala və İran Psixiatrlar assosiasiyasının prezidenti Həmidrza Porşərifi imzalayıblar.
Bu mütəxəssislər İran məhkəmə sistemini bu cür hökmlərlə “cəmiyyətdə insanların şüurunda “ruhi xəstəliklər damğasının” genişlənməsinə və işıqlandırılmasına, “müalicəsinə ehtiyac duyulan insanların lazımi müalicədən çəkinməsinə” və “psixi sağlamlıq xidmətlərinə çıxış yolunda sosial maneələrin” əlavə edilməsinə səbəb olacağında ittiham ediblər.
AzVision.az
Teqlər: İran psixiatrlar