Rusiya vətəndaşı özünü İrəvanın İstintaq Komitəsinin binasından atdı

 Rusiya vətəndaşı özünü İrəvanın İstintaq Komitəsinin binasından atdı
  21 İyul 2023    Oxunub:1148
Ermənistanın Ombudsman Aparatı İstintaq Komitəsinin binasında baş verən qalmaqallı intihar hadisəsinə münasibət bildirib.
Təşkilatın yaydığı məlumatda qeyd edilir ki, "Ombudsman Anahit Manasyanın təşəbbüsü ilə müzakirə proseduruna başlanılıb".

İrəvanda müəmmalı intihar: MTX kapitanı özünü binadan atdı
Ombudsman Aparatından verilən məlumata görə, iyulun 20-də əli qandallı şəxs özünü komitə binasının 5-ci mərtəbəsindən ataraq ölüb.

Manasyan hadisənin hərtərəfli araşdırılması üçün Ermənistanın Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə məktublar göndərib.

Qeyd edək ki, Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti ölən şəxsin Rusiya vətəndaşı olduğunu bəyan edib. O, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan  





Xəbər lenti