İranlı idmançının edamı ilə bağlı BMT-yə müraciət edildi

 İranlı idmançının edamı ilə bağlı BMT-yə müraciət edildi
  21 İyul 2023    Oxunub:853
Onlarla insan haqları fəalı və QHT nümayəndəsi BMT-nin İnsan Haqları üzrə Ali komissarı Volker Türkə ünvanladıqları məktubda Məşhəddə məhbus olan idmançı Məhəmmədcavad Vəfai Saninin ölüm hökmünün dayandırılması üçün kömək istəyiblər.
AzVision.az xəbər verir ki, 85 hüquq müdafiəçisi, hüquqşünas və QHT nümayəndələri tərəfindən imzalanmış məktubda cənab Türkdən cənab Vəfai Saninin qaçılmaz edamı məsələsinə dərhal və açıq şəkildə müdaxilə etməsi xahiş olunub.

Məktubu Beynəlxalq Cinayət məhkəməsinin keçmiş prezidenti, BMT-nin doqquz keçmiş və hazırkı rəsmisi, bəzi sabiq Xarici İşlər nazirləri və yeddi Nobel mükafatı laureatı imzalayıblar. BMT-nin İnsan Haqları İdarəsi məktubu aldığını və onu araşdırdığını təsdiqləyib.

İnsan haqlarının müdafisəi təşkilatları 2019-cu ilin martında benzinin qiymətinin qəfil artması səbəbindən həmin ilin noyabrında keçirilən etiraz aksiyaları ilə bağlı həbs edilən Məhəmmədcavad Vəfai Saninin Məşhəd məktəblərinin boks üzrə çempionu olduğunu bildiriblər.

Bu mənbələrə görə, Vəfai Sani Məşhəddə həbs olunduqdan sonra məcburi etiraflar almaq üçün həbsxanada işgəncələrə məruz qalıb. Bəzi mənbələr isə idmançıya qarşı irəli sürülən ittihamlar arasında onun Xalq Mücahidləri təşkilatının tərəfdarı olduğunu bildirirlər.

Vəfai Sani barəsində 2021-ci ilin yanvarında məhkəmə hakimi tərəfindən “yer üzərində fəsad ittihamı” ilə bağlı qərar və təqsirləndirilən şəxs kimi ölüm hökmü çıxarılıb. O, “müəyyən yerləri, o cümlədən hökumət cəzaçəkmə müəssisəsini qəsdən təhrik etmək və dağıtmaq”da ittiham olunub.

İran İnsan haqları mərkəzinin bəyanatına görə, hazırkı vəziyyəti və yeri barədə heç bir məlumat olmayan Vəfai Saninin ölüm hökmünün icra ediləcəyi təhlükəsi var.
AzVision.az


Teqlər: İran   Sani  





Xəbər lenti