Zelenski Ukraynanın Britaniyadakı səfirini vəzifəsindən azad etdi

   Zelenski Ukraynanın Britaniyadakı səfirini vəzifəsindən azad etdi
  21 İyul 2023    Oxunub:931
Vladimir Zelenski Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristaykonu istefaya göndərib. Bununla bağlı Fərman Ukrayna Prezidentinin saytında dərc edilib.
Qeyd edək ki, bir müddət əvvəl səfir Zelenskinin hərbi yardıma görə hər səhər Britaniya Müdafiə Naziri Ben Uollasa təşəkkür etmək istəyi ilə bağlı sözlərini tənqid etmişdi və dövlət başçısının sarkazmını qeyri-sağlam adlandırmışdı.

Uolles daha əvvəl bildirmişdi ki, Ukrayna Qərbin göstərdiyi köməyə görə daha çox minnətdar olmalıdır. Zelenski isə onun açıqlamasını şərh edərkən hər səhər Uolasa təşəkkür edə biləcəyini bildirmişdi.

Açıq mənbələrə görə, 2020-ci ilin mart ayından Pristayko baş nazirin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavinidir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti