İran XİN-i yenə İsveç səfirini çağırıb - VİDEO
“İsveçdə Qurani-Kərimin və islami müqəddəs şeylərin dəfələrlə təhqir olunmasını qətiyyətlə pisləyirik. Bütün dünyada müsəlmanların hisslərini qızışdırmanın nəticələrinə görə məsuliyyəti İsveç hökumətində görürük. Bu yaxınlarda Cenevrədə BMT-nin İnsan Haqları şurası tərəfindən təsdiq edilmiş və “müqəddəslərin təhqirini pisləyən” qətnaməyə baxmayaraq, İsveç hökuməti İraqın Stokholmdakı səfirliyi qarşısında Quranı yenidən yandırmaq niyyətində olanlara qarşı etiraz aksiyası keçirmək üçün icazə verməyib. Bu hökumətin beynəlxalq insan haqları təşkilatlarının qərarına məhəl qoymamasının əlamətidir”, - Kənani deyib.
İsveç hökumətinin təəssüf doğuran, insan hüquqlarını pozan, dini və insani dəyərlərə zidd olan bu cür hərəkətlərin təkrarlanmasının qarşısının alınması ilə bağlı beynəlxalq öhdəliklərini yerinə yetirməli olması zərurəti də vurğulanıb.
İsveç səfiri İran Xarici İşlər nazirliyinin sözçüsü ilə görüşdə vəziyyəti dərhal İsveç hökumətinə çatdıracağını bildirib.
Qeyd edək ki, İsveç hökumətinin icazəsindən sonra Qurban bayramının ilk günü Stokholmun mərkəzi məscidi qarşısında Quran yandırmış iraqlı mühacir Selvan Momika, cümə axşamı ikinci dəfə, indi də Stokholmdakı İraq səfirliyi qarşısında Quranı yandırıb.
AzVision.az