İranın Beynəlxalq Dəniz təşkilatının iclasına ev sahibliyi etmək istəyi puça çıxdı
“Son iki ildə İran Fars körfəzindəki 20-dən çox gəmiyə heç bir səbəb, əsaslandırma və əvvəlcədən xəbərdarlıq etmədən hücum edib, onları təqib edib və ya ələ keçirib”, - Vaşinqtonun tələbində bildirilir.
Məktubda İranın açdığı atəşin Amerikanın “Richmond Voyager” gəmisinə dəydiyi iddia olunan hadisəyə eyham vurulur və Tehranın beləliklə də dənizçilərin həyatını təhlükəyə atdığı vurğulanır.
Beynəlxalq Dəniz təşkilatının sözçüsü qurumun şurasına üzv olan 40 ölkənin əksəriyyətinin ABŞ-ın tələbini dəstəkləməsini İranın beynəlxalq toplantıya ev sahibliyi niyyətinin ləğvi kimim qiymətləndirib.
Qeyd edək ki, İran Ümumdünya Dəniz günü münasibətilə Tehranda illik beynəlxalq gəmiçilik toplantısına ev sahibliyi etmək təşəbbüsünü çoxdan irəli sürmüşdü, 2015-ci ildə isə Beynəlxalq Dəniz təşkilatının İcraiyyə şurası bunu qəbul etmişdi.
AzVision.az