Şimali Koreya bir neçə qanadlı raket buraxıb

Şimali Koreya bir neçə qanadlı raket buraxıb
  22 İyul 2023    Oxunub:1182
Koreya Xalq Demokratik Respublikası (KXDR) Yapon dənizi istiqamətində bir neçə qanadlı raket buraxıb.
Yonhap agentliyi Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahına istinadla belə məlumatı yayıb. Qərargah Cənubi Koreya və ABŞ hərbi kəşfiyyatının yerli vaxtla gecə saat 4:00 radələrində buraxılan raketlərlə bağlı məlumatları təhlil etdiyini bildirib.

Şimali Koreya mart ayında sınaq buraxılışını etdiyi qanadlı raketin nüvə başlığı daşıya bildiyini açıqlamışdı.

Qeyd edək ki, Şimali Koreyanın qanadlı raket buraxılışları Koreya yarımadasında gərginlik fonunda baş verir. Belə ki, ABŞ-nin hərbi dəniz qüvvələrinə məxsus “USS Kentucky” strateji sualtı qayığının Cənubi Koreyanın Pusan limanına daxil olması, ABŞ-Cənubi Koreya nüvə məsləhət qrupunun ilk toplantısının keçirilməsindən sonraya təsadüf edir.

AzVision.az


Teqlər:





Xəbər lenti