Rusiyalı jurnalist Ukraynada ölüb

Rusiyalı jurnalist Ukraynada ölüb
  22 İyul 2023    Oxunub:1377
Rusiyanın "RİA Novosti" agentliyinin hərbi müxbiri Rostislav Juravlev Ukraynada müharibə zonasında öldürülüb.
AzVision.az xəbər verir ki, hadisə bu gün Zaporojya vilayətinin Vasilyevka şəhərindən Vladimirovka yaşayış məntəqəsinə gedən avtomobilin atəşə tutulması nəticəsində olub. Agentliyin daha bir hərbi müxbiri Konstantin Mixalçevski müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı jurnalist xəstəxanaya yerləşdirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti