İranda etirazların yenidən universitetlərdən başlanacağından qorxurlar

İranda etirazların yenidən universitetlərdən başlanacağından qorxurlar
  22 İyul 2023    Oxunub:1174
“Əgər “Qadın, Həyat, Azadlıq” aksiyalarının ildönümündə etirazçılar nəsə edə bilməsələr, “tamamilə uğursuzluğa düçar olacaqlar”. İran hakimiyyətinin hakimiyyətin universitetlərdəki nümayəndəlik orqanının rəhbəri Mustafa Rüstəmi Bəsic universiteti professorlarının toplantısında belə deyib.

AzVision.az xəbər verir ki, Mustafa Rüstəmi həmin çıxışında xalq etirazlarının yeni dalğasının da məhz universitetlərdən gələ biləcəyi təhlükəsini vurğulayıb.

“Düşmən təslim olmayıb və yeni iğtişaşların başlayacağı ilk yerin universitet olduğunu bəyan ediblər. Ötən il tələbələrin etirazları ən geniş birləşmiş düşmən müharibəsi idi. Korona dövrünün virtual təhsilindən sonra tələbələrin davranışı dəyişib. Ağsaqqallardan biri deyirdi təhsil sistemini iki il müddətinə bağlasaydıq, Korona dövründə virtual təhsilin verdiyi qədər zərər çəkməzdik”, - Rüstəmi deyib.

Xalq etirazlarını “iğtişaşlar” adlandıran və onları hakimiyyətin “düşmənləri”nə bağlayan İranın hakim dairələri, son 10 ayda israrla dəfələrlə etirazlar bitib desələr də, onun “sonunu” proqnozlaşdırmaq şakərindən xilas ola bilmirlər.
AzVision.az


Teqlər: İran   tələbələr  





Xəbər lenti