Banqladeşdə avtobus qəzası: 17 nəfər öldü

   Banqladeşdə avtobus qəzası:    17 nəfər öldü
  22 İyul 2023    Oxunub:1261
Banqladeşin cənubunda sərnişin avtobusunun yoldan çıxaraq gölməçəyə düşməsi nəticəsində azı 17 nəfər həlak olub, 35 nəfər yaralanıb.
"Dhaka Tribune" nəşri bildirib ki, avtobusun təkəri partladıqdan sonra sürücü idarəetməni itirib. Nəticədə avtobus aşıb və yol kənarındakı gölməçəyə düşüb. Sərnişinlərdən 13-ü hadisə yerində, daha 4-ü xəstəxanada ölüb.

AzVision.az


Teqlər:





Xəbər lenti