Moskvada ticarət mərkəzində boru partladı: Ölənlər var

Moskvada ticarət mərkəzində boru partladı:    Ölənlər var
  22 İyul 2023    Oxunub:1151
Moskvanın “Vremena Qoda” ticarət mərkəzində isti su borusunun partlaması nəticəsində insan itkisi qeydə alınıb.
TASS-ın yaydığı məlumata görə, ticarət mərkəzinin içərisində ümumilikdə dörd nəfərin meyiti tapılıb.

Moskva meri Sergey Sobyanin bu məlumatı təsdiqləyib.

Tibbi xidmətlər doqquz zərərçəkənin olduğunu bildirir, lakin bu rəqəm arta bilər.

Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva İdarəsinin Mətbuat Xidmətinin məlumatına görə, hadisə ilə bağlı cinayət işi başlanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti