Fransa Prezidenti BRİKS sammitinə dəvət almayıb
Avqustda Yohannesburqda keçiriləcək BRİKS sammiti Qlobal Cənub ölkələrinin dövlət və hökumət başçılarının son illərdəki ən böyük görüşü olacaq. Dəvət olunanlar arasında Afrikanın 54 ölkəsinin lideri də var. Sammit zamanı Rusiya Prezidenti Vladimir Putin BRİKS ölkələri liderlərinin bütün iclaslarında onlayn iştirak edəcək.
BRİKS sammiti avqustun 22-dən 24-dək Yohannesburqun Sandton Beynəlxalq Konfrans Mərkəzində keçiriləcək. Cənubi Afrikanın hazırkı BRİKS-ə sədrliyi ardıcıl üçüncü ildir. 2024-cü ildə BRİKS-ə sədrlik Rusiyaya keçir.
AzVision.az
Teqlər: