Binanın uçması nəticəsində 12 nəfər ölüb

Binanın uçması nəticəsində    12 nəfər ölüb
  23 İyul 2023    Oxunub:1197
Kamerunun Duala şəhərində binanın uçması sonucunda azı 12 nəfər ölüb.
Bu barədə Frans Press Agentliyi (AFP) yanğınsöndürənlərə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, daha beş nəfərin vəziyyəti ağırdır.

AFP-nin məlumatına görə, hadisə şənbədən bazara keçən gecə baş verib. Dördmərtəbəli yaşayış binası yaxınlıqdakı birmərtəbəli binanın üzərinə uçub.

Hadisənin səbəbi barədə bilgi verilməyib.

AzVision.az



Teqlər: Bina  





Xəbər lenti