İrandakı Qavxuni bataqlığı 99% quruyub

İrandakı Qavxuni bataqlığı 99% quruyub
  24 İyul 2023    Oxunub:1029
İranın İsfahan əyalətində yerləşən unikal Qavxuni bataqlığında cəmi 1% su qalıb.
AzVision.az İranın Ətraf Mühitin mühafizəsi təşkilatının Dəniz ətraf mühit və bataqlıqlar üzrə direktor müavini Müctəba Zəvalcudi İlna xəbər agentliyinə verdiyi müsahibəsinə istinadən bildirir ki, son 10 ayda çoxlu yağışların olması da vəziyyəti xilas etməyibr.

“Ötən ilin sentyabr ayının əvvəlindən bu ilin iyul ayına qədər qollarda çox yaxşı yağış yağmasına və Zayəndərud bəndinin saxlama həcminin 88% artmasına baxmayaraq, indiyədək Qavxuni bataqlıq ərazisi üçün demək olar ki, heç bir konkret hüquq verilməyib və hazırda bataqlığın səthi 99% qurudur”, məmur deyib.

47 min hektar ərazidə yerləşən Qavxuni bataqlığının quruması İsfahanda geniş yayılmış səhralaşma, toz və torpaq çökmə fenomeni ilə üzləşdiyi bir vaxtda baş verir.
İrandakı ekoloji böhranlar təkcə İsfahan vilayətinə aid deyil. Ölkədəki səmərəsiz idarəçilik, baxımsızlıq və prinsipsiz bənd tikintisi layihələri ucbatından ötən illərdə İranda bir çox bataqlıq və göllər məhv edilib.

Son iki onillikdə bataqlığa lazımi hüquqların ayrılmaması prosesi davam edir ki, bu da bataqlığın İran yaylasının mərkəzində əsas toz mənbələrindən birinə çevrilməsinə səbəb olub.
İranın ən məşhur beynəlxalq bataqlıqlarından biri olan Qavxuni İsfahan və Yəzd əyalətlərində yerləşir. Bu məkan köçəri quşların və su heyvanlarının məskunlaşdığı yer kimi İranın ən böyük və ən mühüm bataqlıq ərazilərindən biri sayılır.
AzVision.az


Teqlər: İran   bataqlıq  





Xəbər lenti